Çinin Şansi vilayətində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində ən az 15 nəfər ölüb, 3 nəfər itkin düşüb.
Bu barədə yerli hakimiyyət xəbər verib.
Ötən həftə daşqınlar nəticəsində 5 nəfərin öldüyü bildirilib.
Bildirilib ki, təxminən 34,9 milyon əhalisi olan vilayətdə 11 şəhər və 76 qəzanın 1 757 milyon sakini daşqınlardan əziyyət çəkib.