ÇİNDƏ BAŞ VERƏN TUFAN NƏTİCƏSİNDƏ 1 NƏFƏR HƏYATINI İTİRİB, 16 NƏFƏR YARALANIB

Çinin Heylincian vilayətində Şançji şəhərində baş verən tufan nəticəsində ən az bir nəfər həyatını itirib, 16 nəfər yaralanıb.

Bu barədə CGTN televiziya kanalı yerli hakimiyyət orqanlarına istinadən bildirib.

Məlumata əsasən, bütün xəsarət alanlara tibbi yardım göstərilir, onlardan birinin vəziyyəti ağırdır.

Bildirilib ki, fəlakət ötən gün axşamı yerli vaxtla saat 17:30-18:00 arasında baş verib. Güclü külək dolu ilə müşayiət olunub.