ÇİNDƏ 5,6 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB

Çində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 80 min nəfərə yaxın əhalisi olan Şiqatse şəhərindən 124 km cənub-qərbdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.