CİNAYƏT TÖRƏTMİŞ ŞƏXSLƏRİN EKSTRADİSİYASI SAHƏSİNDƏ SƏLAHİYYƏTLİ ORQANLAR DƏYİŞİB

Prezident İlham Əliyev “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun imzalayıb.

Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) üzrə səlahiyyətli orqan qismində Azərbaycan Respublikası Baş Prokurorluğunun və müvafiq icra hakimiyyəti orqanı müəyyən edilib.

Bundan başqa, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsində müəyyən edilmiş səlahiyyətlər Azərbaycan Respublikasının səlahiyyətli orqanı və müvafiq icra hakimiyyəti orqanına veriləcək.