ÇİN TURİSTLƏR ÜÇÜN COVID-19 TESTİ TƏLƏBİNİ LƏĞV EDİR

Çin ölkəyə girişdən öncə koronavirus üzrə test tələbini aradan qaldırır.

Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin bildirib.

“Avqustun 30-dan etibarən Çinə gələn şəxslərdən ölkəyə daxil olmamışdan əvvəl PCR-test və yaxud antigen testi tələb olunmayacaq”, – deyə çinli diplomat bildirib.

Xatırladaq ki, Çin hakimiyyəti 2023-cü il yanvarın 8-dən ölkəyə gələn şəxslər üçün COVID-19 üçün məcburi karantin rejimini ləğv edib. Çin ərazisinə daxil olmaq üçün yalnız uçuşa 48 saatdan çox olmamaqla mənfi koronavirus testi tələb olunurdu.

2023-cü ilin yanvarında Çin Xalq Respublikasının Milli Səhiyyə Komissiyası COVID-19-u yoluxucu xəstəliklərin “A” siyahısından çıxarıb.