
İyulun 16-17-də çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından bildirilib ki, yarışın ilk günündə 2009-2010 təvəllüdlü yeniyetmələr arasında qaliblər müəyyənləşəcək. Növbəti gündə isə böyüklər qum üzərində ən güclüləri aydınlaşdıracaq.
Çimərlik Arenasında təşkil ediləcək yarışda ilkin görüşlərə 10:00-da start veriləcək. 17:00-dan etibarən isə medallar uğrunda qarşılaşmalar keçiriləcək.
Qeyd edək ki, çempionatın təşkilində məqsəd çimərlik güləşi üzrə milli komandanın heyətini formalaşdırmaq və qarşıdan gələn yarışlara, o cümlədən 2026-cı ildə Dakarda baş tutacaq Yeniyetmələrin Yay Olimpiya Oyunlarına hazırlıqlara erkən start verməkdir.