ÇİLİDƏ 6,1 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB

Çilidə 6,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələnin episentri La Serena şəhərindən 123 km şimal-qərbdə olub. Təkanların ocağı 30 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.