ÇİLİ SAHİLLƏRİNDƏ 5,7 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB

Çili sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 238 min insanın yaşadığı Temuko şəhərindən 101 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 19 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə məlumat verilməyib.