ÇİKAQODA AZƏRBAYCAN BAYRAĞI QALDIRILIB

Noyabrın 13-də bu ay dünya azərbaycanlıları tərəfindən qeyd olunan Zəfər bayramı, Azərbaycan Respublikasının Dövlət Bayrağı və Konstitusiya günləri münasibətilə ABŞ-da İllinoys ştatının Çikaqo şəhərinin meriyası qarşısında üçrəngli bayrağımız ucaldılıb.
Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi (Azerbaijani Center of Midwest America – ACMA) tərəfindən təşkil olunan tədbirdə yerli Azərbaycan icma üzvləri iştirak ediblər.