CEYHUN BAYRAMOVLA SERGEY LAVROV ARASINDA GÖRÜŞ KEÇİRİLİR

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb.

XİN rəhbərləri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını müzakirə edəcək.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə bundan başqa, bir sıra aktual regional və beynəlxalq məsələlərin müzakirəsi nəzərdə tutulur. Əsas diqqət 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il üçtərəfli bəyanatların icrasına yönəldiləcək. Bu sənədlər Azərbaycan-Ermənistan münasibətlərinin kompleks normallaşmasını təmin edəcək.