CEYHUN BAYRAMOV:ERMƏNİSTANIN GƏNCƏYƏ RAKET HÜCUMU CƏZASIZ QALMAMALIDIR

Ermənistanın Gəncəyə raket hücumu cəzasız qalmamalıdır. Bunu xarici işlər naziri Ceyhun Bayramov “Twitter”

hesabında yazıb.Nazir qeyd edib ki, bu gün Azərbaycanın ikinci böyük şəhəri Gəncənin Ermənistan tərəfindən raket atəşinə tutulmasından bir il ötür: “İnsanlıqdan kənar və insanlığa qarşı olan bu cinayət cəzasız qalmamalıdır. Ermənistan tərəfindən törədilən cinayət qurbanlarını dərin kədər ilə yad edirik”.Qeyd edək ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistan tərəfindən Gəncə, Bərdə, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub.Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, 35 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 181 uşaq valideynlərindən birini, 5 uşaq hər iki valideynini itirib, bir ailə isə tamamilə məhv edilib. Ümumilikdə 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib. Ermənistan terorru nəticəsində həlak olan hər bir dinc sakinlə bağlı cinayət işləri açılıb, beynəlxalq məhkəmələrə, təşkilatlara müraciətlər olunub.