Xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər Qazaxıstanda mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
“Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”, – məlumatda deyilir.