CEYHUN BAYRAMOV VƏ ÇEX RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRİ ARASINDA TƏKBƏTƏK GÖRÜŞ KEÇİRİLİR

Ceyhun Bayramov və Çex Respublikasının xarici işlər naziri arasında təkbətək görüş keçirilir.

Bu barədə Xarici İşlər Nazirliyinin “twitter” səhifəsində məlumat verilib.

“Hal-hazırda Azerbaycan xarici işlər naziri Ceyhun Bayramov və Çexiya xarici işlər naziri Yakub Kulhanek arasında təkbətək görüş keçirilir” – deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, Çex nazir bu gün Azərbaycana rəsmi səfərə gəlib. Daha əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının xarici işlər naziri Yakub Kulhaneki qəbul edib.