CEYHUN BAYRAMOV VƏ ENTONİ BLİNKEN AZƏRBAYCANLA ERMƏNİSTAN ARASINDA MÜNASİBƏTLƏRİN NORMALLAŞMASI MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDİBLƏR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfəri çərçivəsində ABŞ-ın dövlət katibi Entoni Blinken ilə görüşüb.

Tərəflər Azərbaycan və Ermənistan arasında sülhün təmin edilməsi və münasibətlərin normallaşdırılması məsələsi ətrafında fikir mübadiləsi aparıblar.