CEYHUN BAYRAMOV TÜRKİYƏDƏ MEŞƏ YANĞINLARINDA HƏLAK OLANLARIN AİLƏLƏRİNƏ BAŞSAĞLIĞI VERİB

Qardaş Türkiyədə meşə yanğınlarının davam etməsi, Antalyada 3 nəfərin həyatını itirməsi bizi çox sarsıtdı.

Bunu xarici işlər naziri Ceyhun Bayramov öz “Twitter” səhifəsində yazıb.

Nazir yanğında vəfat edənlərin ailələrinə başsağlığı verib : ”Yanğın nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik. Bu çətin günlərdə qardaş Türkiyənin yanındayıq, hər cür dəstək göstərməyə hazırıq”.