CEYHUN BAYRAMOV TÜRKİYƏDƏ BAŞ VERMİŞ AVTOBUS QƏZASI İLƏ BAĞLI BAŞSAĞLIĞI VERİB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş vermiş avtobus qəzası ilə əlaqədar başsağlığı verib.

Nazir bununla bağlı “Twitter“ hesabında paylaşım edib.

“Qardaş Türkiyədə Adanadan Konya istiqamətində tələbələri daşıyan avtobusun qəza törətməsi xəbəri bizi çox kədərləndirdi. Qəza nəticəsində həyatını itirənlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”, – paylaşımda deyilir.

Qeyd edək ki, Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb. Avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 41 nəfər yaralanıb.