CEYHUN BAYRAMOV: SÜLH MÜQAVİLƏSİ İLƏ BAĞLI BÜTÜN ƏHƏMİYYƏTLİ TƏŞƏBBÜSLƏRİN MÜƏLLİFİ AZƏRBAYCAN DÖVLƏTİ OLUB

Sülh müqaviləsi və proses ilə bağlı bütün əhəmiyyətli təşəbbüslərin müəllifi məhz Azərbaycan dövləti olub. Ona görə biz bunu real görürük.

Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Televiziyasına məxsusi müsahibəsində söyləyib.

Bu prosesin bir tərəfin istəyindən və arzusundan asılı olmadığını bildirən nazir deyib ki, burada hər iki tərəfə uyğun müvafiq addımların atılması önəmlidir.