CEYHUN BAYRAMOV SƏUDİYYƏ ƏRƏBİSTANINA İŞGÜZAR SƏFƏRƏ YOLA DÜŞÜB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanının Ciddə şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirakı, habelə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.