
Serbiyaya işgüzar səfəri zamanı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Səfirlər Konfransında çıxış edib.
Bu barədə Xarici işlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir Azərbaycan-Serbiya strateji tərəfdaşlığının siyasi, iqtisadi, enerji və humanitar aspektlərinə, həmçinin, ümumi regional problemlərə, o cümlədən, ikili standartlara, beynəlxalq hüququn seçmə tətbiqinə toxunub.
Hər iki ölkənin xarici siyasətini istiqamətləndirən suverenlik və ərazi bütövlüyü prinsiplərinin qorunmasının vacibliyi vurğulanıb.
Nazir Bayramov Azərbaycanın Avropanın enerji şaxələndirilməsində mühüm rolu, o cümlədən, Avropa ilə Mərkəzi Asiyanı Xəzər və Qara dəniz hövzələri vasitəsilə birləşdirəcək gələcək yaşıl enerji planlarından da ətraflı danışıb.


