
Dekabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər zamanı onun tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, dekabrın 5-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək. İclasda Xəzəryanı dövlətlərin – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirlərinin iştirakı planlaşdırılır.