CEYHUN BAYRAMOV QAZAXISTANA RƏSMİ SƏFƏRƏ YOLA DÜŞÜB

10 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan Respublikasına rəsmi səfərə yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Rəsmi səfər çərçivəsində 11 mart tarixində nazir Ceyhun Bayramovun Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu, habelə digər yüksək səviyyəli rəsmilər ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.