CEYHUN BAYRAMOV POLŞADA KEÇİRİLƏN KONFRANSDA İŞTİRAK EDİR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Regionda yeni reallıqlar: Cənubi Qafqazda təhlükəsizlik arxitekturası və davamlı sülh perspektivləri” adlı konfransda iştirak edir.

Konfrans Polşanın paytaxtı Varşavada 30-dan çox Avropa beyin mərkəzləri və akademiyasının iştirakı ilə keçirilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirak etmək məqsədilə Polşa Respublikasına işgüzar səfərə edib.