CEYHUN BAYRAMOV ÖZBƏKİSTANA SƏFƏRƏ GEDİB

Xarici işlər naziri Ceyhun Bayramov Özbəkistana səfərə gedib.

Bu barədə nazirlikdən məlumat verilib.

C.Bayramov Daşkənddə Azərbaycan Respublikası, Türkiyə Respublikası və Özbəkistan Respublikası xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşündə iştirak edəcək.