CEYHUN BAYRAMOV ONA DİPLOMATİK RÜTBƏ VERDİYİNƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ TƏŞƏKKÜRÜNÜ BİLDİRİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi ilə əlaqədar Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Bu barədə Ceyhun Bayramov “Twitter” hesabında paylaşım edib.

“Möhtərəm cənab Prezidentin Sərəncamı ilə mənim və həmkarlarımızın ali rütbələrlə təltif olunması Xarici İşlər Nazirliyinin fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir. Bu diqqət və etimada görə cənab Prezidentə minnətdarıq!”