CEYHUN BAYRAMOV: MÜSTƏQİLLİYİMİZƏ DAVAMLI DƏSTƏYƏ GÖRƏ QARDAŞ ÖZBƏKİSTAN XALQINA VƏ HÖKUMƏTİNƏ MİNNƏTDARIQ

Müstəqilliyimizə və suverenliyimizə davamlı dəstəyə görə qardaş Özbəkistan xalqına və hökumətinə minnətdarıq.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “twitter” hesabında özbəkistanlı həmkarı Vladimir Norova ölkəmizin Müstəqilliyin Bərpası Günü ilə bağlı təbrik paylaşımına görə təşəkkür edərkən yazıb.

“Xoş arzularınız üçün təşəkkür edirəm əziz Vladimir Norov. Xalqlarımız arasında dostluq əbədi olsun!”, – Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.