CEYHUN BAYRAMOV MİSİRƏ BAŞSAĞLIĞI VERİB

Xarici İşlər Naziri Ceyhun Bayramov Misirdə baş vermiş qatar qəzası ilə bağlı başsağlığı verib.
Nazir bu barədə öz “Twitter” səhifəsində yazıb.
Nazir bildirib: “Qahirənin şimalında çoxlu sayda insanın ölümü və yaralanmasına səbəb olmuş qəza ilə əlaqədar dərindən kədərləndiyimi bildirirəm. Həlak olanların yaxınlarına başsağlığımı ifadə edirəm, xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.
Qeyd edək ki, Misirdə sərnişin qatarının relsdən çıxması nəticəsində 98 nəfər yaralanıb, 11 nəfər həyatını itirib.