CEYHUN BAYRAMOV: MİNALANMIŞ ƏRAZİLƏRİN XƏRİTƏSİNİN TƏQDİM EDİLMƏMƏSİ AZƏRBAYCANA QARŞI TƏCAVÜZÜN DAVAM ETMƏSİDİR

Ermənistan hələ də minalanmış ərazilərin xəritəsini Azərbaycan tərəfinə təqdim etməkdən imtina edir.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Slovakiyanın Xarici və Avropa İşləri naziri İvan Korçokla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, xəritənin təqdim edilməməsi Azərbaycana qarşı təcavüzün davam etməsidir:
“Bildiyiniz kimi 10 noyabrdan bu günə qədər işğaldan azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində 18 nəfər dünyasını dəyşib, 79 nəfər xəsarət alıb. Dünən daha bir hadisə Ağdamda baş verdi, 6 nəfər mülki şəxs minaya düşdü və onlardan 2-si həlak oldu, 3-ü yaralandı. Bu istiqamətdə beynəlxalq təşkilatlar və dünya dövlətləri Ermənistana təzyiqlər göstərməlidir”.