CEYHUN BAYRAMOV MACARISTANIN XARİCİ İŞLƏR NAZİRİ İLƏ GÖRÜŞÜB

20 may 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinin 132-ci sessiyası çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüşdə nazirlər iki ölkə arasında siyasi və iqtisadi sahədə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib, regional və beynəlxalq təhlükəsizlik mövzuları ətrafında fikir mübadiləsi aparıblar.
İki ölkə arasında yüksək səviyyəli münasibətlərin və siyasi dialoqun mövcudluğu vurğulanıb. İqtisadi, ticarət, humanitar və s. sahələrdə əlaqələrin daha da inkişafı üçün potensialın mövcudluğu qeyd edilib.
Tərəflər cari ilin 1-3 iyun tarixlərində Bakıda keçiriləcək Enerji Forumunun əhəmiyyətini, habelə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu xüsusi qeyd ediblər.
Görüş çərçivəsində tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.