
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Keniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri, eyni zamanda xarici və diaspora işləri naziri Musalia Mudavadi ilə görüşüb.
Bu barədə XİN-in “X” sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilir ki, BMT, Qoşulmama Hərəkatı və COP29 kimi çoxtərəfli platformalarda yaradılmış səmərəli tərəfdaşlıq əsasında, parlament diplomatiyasından iqtisadi və ticarət əməkdaşlığına, humanitar və mədəni mübadilələrə qədər müxtəlif sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün son dövrlərdə siyasi dialoq və qarşılıqlı yüksək səviyyəli səfər dinamikasının davam etdirilməsi zəruridir.
Qeyd edilir ki, Azərbaycanın Nayrobidəki səfirliyinin rəsmi açılışı dövlətlərarası münasibətlərin inkişafında yeni hərəkətverici qüvvə kimi çox böyük əhəmiyyət kəsb edir.