CEYHUN BAYRAMOV İSPANİYANIN DEPUTATLAR KONQRESİNİN SƏDRİ İLƏ GÖRÜŞÜB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İspaniyanın Deputatlar Konqresinin sədri Meriçel Batetlə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” hesabında bildirilib.

“Xarici işlər naziri Ceyhun Bayramov ilə İspaniya Deputatlar Konqresinin sədri Meriçel Batet arasında Azərbaycan-İspaniya ikitərəfli münasibətlərinin geniş spektri və regional vəziyyətə dair məhsuldar müzakirə aparılıb” – deyə qeyd edilib.