Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İspaniya Senatının sədri Ander Gil ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” hesabında bildirilib.
Qeyd edilib ki, görüşdə Azərbaycan ilə İspaniya arasında ikitərəfli və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.