CEYHUN BAYRAMOV FRANSAYA İŞGÜZAR SƏFƏR EDİB

Xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Paris şəhərinə yola düşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində xarici işlər nazirinin YUNESKO-nun Baş Konfransının 41-ci sessiyasında iştirak və çıxış etməsi, həmçinin bir sıra rəsmilərlə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.