CEYHUN BAYRAMOV ERMƏNİSTANI MİNALANMIŞ ƏRAZİLƏRİN XƏRİTƏLƏRİNİ VERMƏYƏ ÇAĞIRIB

Xarici işlər naziri Ceyhun Bayramov Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə çağırıb.

Nazir bu barədə öz “Twitter” səhifəsində yazıb.

C.Bayramov ikisi jurnalist olmaqla, üç Azərbaycan vətəndaşının Kəlbəcərdə mina partlaması nəticəsində həlak olması ilə bağlı təəssüfləndiyini bildirib:

“Biz Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə çağırırıq. Onların bu tələbi yerinə yetirməkdən imtina etdiyi hər gün daha çox həyat təhlükə altında qalır!”