CEYHUN BAYRAMOV: ERMƏNİSTANDA VƏ DİGƏR ÖLKƏLƏRDƏ AZƏRBAYCANA QARŞI QARAYAXMA KOMPANİYALARI HƏYATA KEÇİRİLİR

Ermənistanda və digər ölkələrdə Azərbaycana qarşı qarayaxma kompaniyaları həyata keçirilir.

Bunu Azərbaycanda akkreditə olunmuş diplomatik korpus və hərbi attaşelər üçün brifinqdən sonra xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, dekabrın 10-da əvvəlcədən razılaşdırılmış ekoloji monitorinqin keçirilməsi etirazlarla qarşılandı.

“İki qrup erməni aktivistləri provakasiyalarla bunun qarşısını aldılar. Azərbaycan tərəfindən bu xoşniyyətli addımlar nəticə vermədikdən sonra azərbaycanlı aktivistlər məsələyə etiraz etdilər”, – C.Bayramov əlavə edib.