CEYHUN BAYRAMOV: ERMƏNİSTAN SÜLH MÜQAVİLƏSİ İLƏ BAĞLI QEYRİ-KONSTRUKTİV MÖVQE NÜMAYİŞ ETDİRİR

Üçtərəfli bəyanatların əhəmiyyəti qeyd edilib və vurğulanıb. Biz də öz növbəmizdə rusiyalı tərəfdaşlarımızı bəzi nöqtələrdəki vəziyyətlə bağlı məlumatlandırdıq. Ermənistan tərəfinin sülh müqaviləsi üzrə işlərlə bağlı qeyri-konstruktiv mövqeyini davam etdirməsi təəssüflə qeyd olunub.

Bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.