CEYHUN BAYRAMOV: ERMƏNİSTAN İŞĞAL DÖVRÜNDƏ KÜTLƏVİ MƏZARLIQLAR BARƏDƏ FAKTLARI GİZLƏDİB

Ermənistan Azərbaycan ərazilərinin işğalı dövründə kütləvi məzarlıqlar barədə faktları gizlədib.

Bunu xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən Qoşulmama Hərəkatının Modeli Simulyasiya təliminin açılışında deyib.

“Azərbaycan tərəfi azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar aşkar edib, ona görə də Ermənistan tərəfinin bu barədə məlumatının olmaması barədə açıqlamaları qəbuledilməzdir”, – deyə o bildirib.

C.Bayramov deyib ki, Ermənistan tərəfinin bununla bağlı açıqlamaları əsassızdır və əmin olduğunu bildirib ki, dünya ictimaiyyəti bu fikirləri qəbul etməyəcək.