CEYHUN BAYRAMOV: ERMƏNİSTAN İNDİYƏ KİMİ MÜXTƏLİF BƏHANƏLƏRLƏ DELİMİTASİYA PROSESİNƏ İMKAN VERMƏYİB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan dövlət sərhədindəki yaşanan son gərginliklərə münasibət bildirib.

Nazir jurnalistlərə açıqlamasında bildirib ki, sərhədlərdə gərginliklərin yaşanmamasının yeganə yolu delimitasiya prosesinə başlanılmasıdır.

O qeyd edib ki, Ermənistan indiyə kimi müxtəlif bəhanələrlə buna imkan verməyib.

“Əfsuslar olsun ki, zaman-zaman sərhəddə Ermənistan tərəfindən təxribatlar baş verir. Bunlar çox xoşagəlməz haldır. Həmin təxribatlar nəticəsində insanlar həlak olur. Ermənistan başa düşməlidir ki, belə təxribatlara əl atmaqla heçnəyə nail olmayacaq. Bunun çox ağır və ağrılı nəticələrini yaşayacaq. Hesab edirik ki, Ermənistan bu əməllərindən əl çəkməlidir”, – deyə nazir qeyd edib