CEYHUN BAYRAMOV DÜŞƏNBƏDƏ MDB XARİCİ İŞLƏR NAZİRLƏRİ ŞURASININ İCLASINDA İŞTİRAK EDƏCƏK

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Düşənbə şəhərinə yola düşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, C.Bayramovun səfər çərçivəsində, həmçinin bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulub.