CEYHUN BAYRAMOV: DELİMİTASİYA İŞLƏRİ DAVAM EDİR

Delimitasiya işləri dayanmayıb, işlər davam edir. İki ölkədə komissiyalar intensiv çəkildə fəaliyyətdədirlər.

Bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, bu iş yalnız yalnız görüşlərdən ibarət deyil. Delimitasiya çox mürəkkəb prosesdir. Çox texniki detallar var.

“Ümumi yanaşmada razılıq var. Razılıq ondan ibarətdir ki, delimitasiya şimaldan-cənuba həyata keçiriləcək. Delimitasiya birdəfəlik deyil, hissə-hissə həyata keçiriləcək. Anklav və ekslav torpaq məsələləri də öz həllini tapacaq”,-deyə nazir qeyd edib.