CEYHUN BAYRAMOV BRÜSSELDƏ KEÇİRİLƏN İCLASDA ÇIXIŞ EDİR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə keçirilən Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin XİN başçılarının iclasında çıxış edir.

Bu barədə nazirliyin rəsmi “Twitter” hesabında paylaşım edilib.

Qeyd edək ki, Brüsseldə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir.

İclasa Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel sədrlik edir.

İştirakçılar “Şərq tərəfdaşlığı”nın regionda sabitliyin və rifahın möhkəmləndirilməsinə bundan sonra necə töhfə verə biləcəyi barədə fikir mübadiləsi aparacaqlar.