
Mərakeşə rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Birinci Azərbaycan-Mərakeş Biznes Forumunda çıxış edib.
Bu barədə nazirliyin “X” sosial media hesabında qeyd edilib.
Qeyd edilib ki, forum hər iki ölkədə mövcud biznes və investisiya imkanları barədə praktiki fikir mübadiləsi aparmaq üçün yaxşı fürsət olub.
Xatırladaq ki, 12 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi səfərə yola düşüb.



