CEYHUN BAYRAMOV BAVARİYANIN NAZİRİ İLƏ REGİONAL ƏMƏKDAŞLIĞIN PERSPEKTİVLƏRİNİ MÜZAKİRƏ EDİB

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Bavariyanın Avropa və Beynəlxalq İşlər Naziri Erik Beisvenger ilə görüş keçirib.

Bununla bağlı Azərbaycan XİN “X” sosial şəbəkəsində paylaşım edilib.

Tərəflər iqtisadi və ticarət sahələrində əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirməklə, regional əməkdaşlığın perspektivlərini müzakirə ediblər.