CEYHUN BAYRAMOV: AZƏRBAYCANLA XORVATİYA ARASINDA MÜTƏMADİ SİYASİ MƏSLƏHƏTLƏŞMƏLƏRİN KEÇİRİLMƏSİ RAZILAŞDIRILIB

Bu gün küçirilən görüşdə Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edildi.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Xorvatiya Respublikasının Xarici və Avropa İşləri naziri Qordan Qrliç ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin mütəmadi olaraq keçirilməsi razılaşdırıldı.

Qeyd edək ki, Xorvatiya Respublikasının Xarici və Avropa İşləri naziri Qordan Qrliçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində xorvatiyalı naziri Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib.