CEYHUN BAYRAMOV: AZƏRBAYCAN VƏ TÜRKİYƏ ARASINDA GENİŞMİQYASLI MÜTTƏFİQLİK BU İL DƏ UĞURLA DAVAM EDİB

Azərbaycan və Türkiyə arasında genişmiqyaslı müttəfiqlik münasibətləri 2022-ci ildə də uğurla davam edib.

Bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycanla Rusiya münasibətləri də uğurla davam edib.

“Gürcüstanla da dostluq və əməkdaşlıq gündəliyi sabit olmaqla yanaşı, pozitiv davam edib. 2022-ci ildə, həmçinin, Azərbaycanla dost, qardaş olan Mərkəzi Asiya ölkələri ilə intensiv münasibətlər oldu”, – deyə nazir qeyd edib.