CEYHUN BAYRAMOV: AZƏRBAYCAN ÜÇTƏRƏFLİ BƏYANATIN ŞƏRTLƏRİNİ TAM YERİNƏ YETİRİR

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfərindən sonra Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb. Postmüharibə və postmünaqişə dövründə Azərbaycan tərəfini narahat edən bir sıra məqamlar var. Bunlardan biri erməni diversantlarla bağlıdır.

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib: “Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Azərbaycan 2020-ci ildə böyük Zəfər qazanaraq ərazilərini işğaldan azad edib.

Ölkəmiz hər zaman dinc və yanaşı yaşayış prinsiplərini rəhbər tutaraq regionda sülhün və təhlükəsizliyin təmin olunmasına çalışıb. Azərbaycan üçtərəfli Bəyanatın şərtlərini tam yerinə yetirir. 2020-ci il 10 noyabr razılaşmasından sonra təxribat törədən erməni diversantlar hərbi əsir sayılmırlar”.