CEYHUN BAYRAMOV AZƏRBAYCAN-TÜRKİYƏ-QAZAXISTAN XİN RƏHBƏRLƏRİNİN İCLASINDA ÇIXIŞ EDİR

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Qazaxıstan və Türkiyə xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin Aktauda keçirilən 2-ci üçtərəfli görüşündə çıxış edir.

Bu barədə Xarici İşlər Nazirliyinin “Twitter” hesabında bildirilib.

Qeyd edək ki, bu gün Qazaxıstanın Aktau şəhərində Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü keçirilir. Görüşdə Gürcüstan da iştirak edir.