Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərinə sadiqdir.
Bunu xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən konfrans zamanı deyib.
C.Bayramovun sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində təşəbbüslərə böyük diqqət ayırır.
“Azərbaycanın irəli sürdüyü təşəbbüslər bu təşkilatın prinsiplərinə uyğun olaraq qəbul edilib”, – deyə nazir bildirib.