Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün birtərəfli qaydada addımlar atır.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda inklüziv sülh perspektivləri” mövzusunda müzakirələr zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan bu məsələdə Ermənistan tərəfindən cavab addımlarına ümid edir.