Xarici işlər naziri Ceyhun Bayramov Avstriyaya işgüzar səfərlə yola düşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində nazir, ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun Azərbaycanın sədrliyi ilə keçiriləcək açılış iclasında iştirak edəcək.
Səfər çərçivəsində, həmçinin ATƏT və Avstriya rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.