CEYHUN BAYRAMOV AVROPA ŞURASININ BAŞ KATİBİ İLƏ GÖRÜŞÜB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslandiya Respublikasının paytaxtı Reykyavik şəhərində Avropa Şurasının Dövlət və Hökumət Başçılarının IV Zirvə Görüşü çərçivəsində Avropa Şurasının Baş katibi Mariya Buriç ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi öz “Twitter” səhifəsində bildirib.

Bundan başqa, nazir İslandiyanın baş naziri Katrin Yakobsdottir ilə də görüş keçirib.